news Image
2012.05.07
13:13
| A A A
Azərbaycanda yeraltı təkanlar müşahidə olunub

Mövqe.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olan məlumata əsasən, bu gün saat 10:38 və 10:40-da Zaqatala rayonunundan 17 km cənub-qərbdə təkrar yeraltı təkanlar qeydə alınıb.

Yeraltı təkanların gücünün 4,3 və 4,5 bal olduğu bildirilib. Yeraltı təkanlar Zaqatala, Şəki, Qax, Oğuz, Mingəçevir, Gədəbəy və Şəmkirdə hiss olunub. Tələfat, xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Nazirliyin Aviasiya dəstəsi və digər qəza-xilasetmə qüvvələri hadisə zonasına cəlb olunub. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə zonasındadır.


Ziba Yusifova

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs