news Image
2019.10.09
14:00
| A A A
Qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Tehranda İran İslam Respublikasının İqtisadi İşlər və Maliyyə naziri Fərhad Dejpəsənd ilə görüşüb.

Görüşdə Azərbaycan və İran xalqları arasında tarixi, mədəni və dini bağlılıqların iki ölkə arasındakı əlaqələrin əsasını təşkil etdiyi bildirilib. Bu əlaqələrin genişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin keçirdiyi görüşlərin, qarşılıqlı rəsmi səfərlərinin mühüm rolu vurğulanıb.

İki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın inkişaf etdiyi, bunun daha bir təzahürü kimi, 2018-ci ildə Azərbaycanla İran arasında ticarət döviyyəsinin 74 faiz artdığı, həmçinin investisiya əməkdaşlığının genişləndiyi bildirilib. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlətlərarası Müştərək Komissiyanın qeyd olunan sahələrdə əlaqələrin genişlənməsində uğurlu fəaliyyəti qeyd edilib.

Komissiyanın fəaliyyət istiqamətləri üzrə əməkdaşlıq təcrübəsindən bəhs olunub və qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb.

money.az currency