Əlaqə Arxiv
news Image
2019.10.10
16:00
| A A A
Türkiyə ərazisi top atəşinə tutuldu - 9 yaralı var (FOTO)

Türkiyənin Şanlıurfa əyalətinin Akçakale rayonuna Suriyanın terrorçu PKK/YPG-PYD qruplaşmasının işğalı altında olan ərazisindən 2 top mərmisi atılıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 9 nəfər yaralanıb.

Terrorçuların atdığı mərmilər rayon mərkəzinə düşüb. Yaralanlar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, oktyabrın 9-da Türkiyə ordusu Suriyanın şimal-şərqində əməliyyatlara başlayıb.

Sizin Reklam Yeriniz