Əlaqə Arxiv
news Image
2019.10.13
16:00
| A A A
"Barış pınarı": Türkiyə Ordusu Suriyada daha bir rayonu terrorçulardan təmizləyib - FOTO

Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birgə PKK/YPG-PYD qruplaşmasının nəzarəti altında olan Suriyanın şimalındakı Rəkka əyalətinin Tel-Abyad sərhəd şəhərinin cənub-şərqindəki Suluk rayonunu terrorçulardan tam azad edib.

Report Türkiyənin NTV kanalına istinadən xəbər verir ki, Suriya Milli Ordusunun əsgərləri ərazini tam nəzarətə götürüb və hazırda axtarış-xilasetmə işləri aparırlar.

"Barış pınarı" antiterror əməliyyatı çərçivəsində terrorçuların Tel-Abyaddakı hədəfləri haubitsalardan atəşə tutulur.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaranmasına nail olmaqdır.

Sizin Reklam Yeriniz