Əlaqə Arxiv
news Image
2019.10.14
19:05
| A A A
Xəbərdarlıq: Uşaqlara öskürək dərmanı verməyin!

Uşaqlarda öskürəklə müşayiət olunan soyuqdəymə xəstəlikləri artıb. Əsas səbəb mövsüm və havaların dəyişkən keçməsi ilə bağlıdır.

Mövqe.az axar.az-a istinadən bildirir ki, bu barədə pediatr Vaqif Qarayev danışıb.

O bildirib ki, hər dəfə öskürək zamanı dərmanlardan istifadə etmək doğru deyil:

"Valideynlər telefonda, sosial şəbəkələrdə "mənə bir öskürək dərmanı deyin" deyə xahiş edirlər. Ya da apteklərdən özbaşına uşaq üçün öskürək dərmanı istəyirlər. Yolverilməzdir və heç bir halda düzgün deyil. Əksər hallarda öskürəyə heç bir dərman lazım deyil, çünki öskürək tədricən özü keçir.

Vəziyyət ciddidirsə, həkim baxışı olmadan virtual müalicə və əczaçının verdiyi dərmanla uşağı müalicə etmək düzgün deyil. Bu, uşağın vəziyyətini daha da ağırlaşdırır. Çünki həkim öskürəyin səbəbini öyrənərək dərman yazır. Apteklərdə isə ümumi öskürək dərmanı verilir və bu da heç bir təsir göstərmir".

V.Qarayev vurğulayıb ki, son vaxtlar dəbdə olan inhalyasiya aparatından da özbaşına istifadə düzgün deyil:

"Valideynlər birdəfəlik bilməlidirlər ki, hər öskürəkdə dərman müalicəsi lazım olmadığı kimi, inhalyasiya aparatından istifadə, antibiotik qəbulu da yolverilməzdir".

Sizin Reklam Yeriniz