Əlaqə Arxiv
news Image
2019.10.15
10:48
| A A A
Nazirlik: İşdən qanunsuz çıxarılan 82 nəfər əvvəlki işlərinə bərpa olunub
Gecikdirilmiş 108 513 manat əmək haqqı, zərərə görə ödənc və s. işçilərə ödənilməsi də təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2019-cu ilin 9 ayı ərzində vətəndaş müraciətlərinin araşdırılması zamanı 82 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Görülən tədbirlər nəticəsində həmin şəxslər əvvəlki işlərinə bərpa ediliblər.

Vətəndaş müraciətləri ilə əlaqədar Xidmətin yanvar-sentyabr aylarında apardığı araşdırmalar zamanı, həmçinin işəgötürənlər tərəfindən 108 513 manat sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib.

Görülən tədbirlər nəticəsində 93 faizi əməkhaqlarından, qalan hissəsi isə kompensasiyalardan, zərərə görə ödənclərdən və s. ibarət olan həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub

Sizin Reklam Yeriniz