Əlaqə Arxiv
news Image
2019.10.16
11:15
| A A A
Dehlidən Moskvaya uçan "Aeroflot"un təyyarəsi Daşkənddə təcili eniş etdi
Dehli-Moskva reysi ilə uçan Rusiyanın "Aeroflot" aviaşirkətinə məxsus "А-330" sərnişin təyyarəsi Özbəkistanın paytaxtı Daşkənddə İslam Kərimov adına aeroportda təcili planlaşdırılmamış eniş edib. Mövqe.az-ın məlumatına görə, faktı hava şirkətindən təsdiq ediblər. Hava gəmisinin heyəti belə bir qərarı təyyarədəki sərnişinlərdn birinin özünü pis hiss etməsi ilə əlaqədar qəbul edib. Şirkətdən qeyd ediblər ki, həmin sərnişinin xəstəxanaya yerləşdirilməsi məsələsi həll olunur. Sərnişinlərin yaxın saatlarda reysi davam etdirəcəkləri qeyd edilir.
Sizin Reklam Yeriniz