Əlaqə Arxiv
news Image
2019.10.16
15:19
| A A A
Kütləvi İnformasiya Vasitələrinin nəzərinə!

Əmlak Məsələləri Dövlət Komitəsi torpaq istifadəçiliyində planşetlərin tətbiqinə başladı. Planşetlər torpaq müfəttişlərinə veriləcək. Planşetlərin istifadə qaydaları, üstünlükləri, mahiyyəti ilə bağlı oktyabrın 17-də, saat 10:30-da geniş tədbir keçiriləcək.

Məqsəd torpaqlardan istifadəyə nəzarətdə tətbiq ediləcək planşetlər barədə daha ətraflı məlumatın verilməsi, onun üstünlükləri haqqında geniş informasiyanın çatdırılması, həmçinin, bu sahədə tətbiq edilən innovativ adımların daha da genişləndirilməsi görülən işin effektivliyinin, optimallığının artırılmasıdır.

Tədbir saat 10:30-da Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanının inzibati binasında (X.R.Ulutürk küçəsi 20-də, Ulduz metrosundan 100 metr aralıqda) keçiriləcək.

Əlaqə nömrəsi: 050-235-30-33

Sizin Reklam Yeriniz