news Image
2019.10.16
15:32
| A A A
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib

15 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seçki hüququ üzrə ixtisaslaşdırılmış üç günlük kurslar keçirilir.
Seminarın birinci günü Masallı Rayon İcra Hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Seyfəddin Əliyev “Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması”, Masallı Rayon Məhkəməsinin sədri Firdovsi Əliyev “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri”, 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd DSK-ların sədrləri İlkin Hüseynov və Loğman Şahbazov
 “Seçici siyahıları ilə iş qaydası” mövzularda mühazirələr oxumuşlar.
Seminarın birinci gününü 70 saylı Masallı şəhər DSK-nın sədri İlkin Hüseynov və 71 saylı Masallı kənd DSK-ın sədri Loğman Şahbazov yekunlaşdırmışlar.
Qeyd edək ki, seminar üç gün davam edəcək.
Əlihüseyn Şükürov,
Həsənağa Əliyev.