Əlaqə Arxiv
news Image
2019.10.16
11:34
| A A A
“Azərsun Holdinq” insan resursları sahəsindəki fəaliyyətinə görə Türkiyədə mükafata layiq görüldü

İnsan resursları sahəsində Türkiyənin ən böyüktəşkilatı olan PERYÖN artıq 11-ci ildir ki, “İnsanadəyər mükafatları” mərasimini həyata keçirir.  “İnsanadəyər mükafatları”nın əsas məqsədi şirkətlərdəkiinnovativ/yaradıcı və uğurlu təcrübələri öyrənmək, nümunəvi çalışmaları hamıya tanıtmaq, bir birindənöyrənmə prosesini təşviq etmək və dəstəkləməkdir.Ölkəmizin qeyri-neft sektorunun aparıcı şirkətlərindənolan “Azərsun Holdinq” bu il təşkil edilənmükafatlandırma prosesində yüksək qiymətləndirilib. Türkiyə xaricindən ilk müraciət edən şirkət olan“Azərsun Holdinq”in istedadların inkişafı və idarəedilməsi kateqoriyasındakı təcrübəsi öncə Deloitte Türkiyə tərəfindən incələnmiş və uyğun görülənşirkətlərlə birlikdə jüri qiymətləndirmə mərhələsinədəvət alıb. Müstəqil ekspert və professorlardan ibarətjüri qarşısında təqdimat edilərək suallarcavablandırılıb. Daha sonra təşkil edilmiş PERYÖNGala Gecəsində ilk dəfə bu prosesdə iştirak edən“Azərsun Holdinq” Türkiyənin öndə gələn şirkət vəholdinqlərini geridə qoyaraq nümunəvi təcrübə kimifinalist mükafatına layiq görülüb. “Azərsun Holdinq”inbu uğuru təkcə Türkiyədə deyil, eyni zamandamükafatlandırma prosesinin tərəfdaşı olan Avropainsan resursunun idarə edilməsi cəmiyyəti – EAPM nəzdində də böyük maraq və təqdirlə qarşılanıb.

Qeyd edək ki, 2019-cu ildən etibarən PERYÖN “İnsana dəyərdə liderlik” böyük mükafatı Avropa insanresursunun idarə edilməsi cəmiyyəti – EAPM (European Association of People Management) tərəfindən tanınaraq beynəlxalq müstəvidə özəhəmiyyətini daha da artırmış oldu.

Sizin Reklam Yeriniz