Əlaqə Arxiv
news Image
2019.10.17
18:31
| A A A
Heydər Əliyev Mərkəzində 18 Oktyabr Dövlət Müstəqilliyi gününə həsr olunmuş tədbir keçirildi
Azərbaycanın müstəqilliyi əbədidir

Heydər Əliyev Mərkəzində 18 Oktyabr Dövlət Müstəqilliyi gününə həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov əlamətdar gün münasibətilə konfrans iştirakçılarını təbrik edib, onlara ulu öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanımızın inkişafı naminə fəaliyyətlərində uğurlar arzuladı. Rayon rəhbəri bildirdi ki, bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28 illiyi tamam olur. Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. 1991-ci il avqustun 30-da Müstəqillik Bəyannaməsini, həmin il oktyabrın 18-də isə Konstitusiya Aktını qəbul edən parlament, hələ sovetlər birliyinin beynəlxalq hüququn subyekti kimi tanındığı bir vaxtda Azərbaycan Respublikasının rəsmi olaraq suveren və müstəqil dövlət olduğunu və Azərbaycan xalqının öz taleyini artıq özünün müəyyənləşdirdiyini bəyan etdi.
Azərbaycan öz müstəqilliyinə qovuşması üçün gərgin mübarizədən, 1990-cı il 20 Yanvar qanlı faciəsindən keçsə də xalqımız azadlıq, müstəqillik amalından dönmədi. XX əsrin sonlarında qlobal miqyasda cərəyan edən proseslər Azərbaycan üçün də yeni üfüqlər açdı, xalqımız ən yeni tarixində bir daha müstəqil və azad yaşamaq hüququ qazandı.
Xalqın illər boyu özündə yaşatdığı istiqlal ideyasını gerçəkləşdirən tarixi şəraitdən, müstəqillik uğrunda aparılan mübarizədən və bu müstəqilliyin qorunub möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin tarixi rolu haqqında bəhs edən RİH başçısı qeyd etdi ki, ulu öndərin uzaqgörən dünyəvi dövlət quruculuğu və milli inkişaf konsepsiyasının 2003-cü ildən yeni dövrün lideri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, ölkəmizdə dövlət müstəqilliyi daha da möhkəmləndi, suverenleyimiz əbədi və dönməz xarakter aldı. Ölkə rəhbərinin fəaliyyətindən danışan natiq respublikamızın dünyanın ən böyük dövlətləri üçün nümunəyə, Cənubi Qafqazın lider ölkəsinə çevrildiyini diqqətə çatdırdı.

Məruzə ilə çıxış edən rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva bildirdi ki, XX əsrin sonunda Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması milli tariximizin çox mühüm hadisəsidir. Lakin istiqlaliyyətin elan edilməsindən sonra 1993-cü il iyunun 15-ə kimi ictimai-siyasi proseslər respublikanı böhran vəziyyətinə,dağılmaq və müstəqilliyin itirilməsi həddinə gətirib çıxardı.1992-c ildə idarəçilik təcrübəsi olmayan,mitinqlərdən hakimiyyətə gələn cəbhəçilər Azərbaycanı daha fəlakətli vəziyyətə saldılar. Məhz belə bir şəraitdə,həm daxili, həm də xarici təhdid və təzyiqlərlə üzləşən dövlət müstəqilliyimizin qorunması xalqımızın ölüm-dirim məsələsinə çevrildi. Ulu öndər Heydər Əliyevin xalqın tələbilə yenidən Azərbaycanda hakimiyyətə gəlməsi daha böyük faciələrin qarşısını aldı.
Azərbaycan xalqının öz dahi oğlunu, Heydər Əliyevi hakimiyyətdə görmək istəyinin nəticəsi 1992-ci ilin noyabrın 21-də Naxçıvanda ulu öndərin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması oldu.
Azərbaycan Respublikasının ilk Konstitusiyasının 1995-ci il noyabrın 12-də qəbul olunması ölkədə demokratik,dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdı. 1994-cü ilin sentyabrında Azərbaycan dövlətinin başçısı ilk dəfə BMT tribunasında çıxış etdi. Həmin il sentyabrın 20-də Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi-"Əsrin kontraktı"imzalandı.
Son illər Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan siyasi, iqtisadi, bsosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqi əldə edib.Dövlətimizin başçısının həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı özünün inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə durur.Bu gün ölkə rəhbərinin uzaqgörən siyasətinin bariz nümunəsi regionların sosial-iqtisadi inkişafının Dövlət Proqramlarıdır. Məhz bu proqramların yaratdığı real imkanlar çərçivəsində Masallı rayonunun tarixində misli görünməmiş sosial-ictimai binalar, müasir tipli yaşayış kompleksləri, məktəblər və beynəlxalq standartlara cavab verən xəstəxana kompleksi, Asan xidmət,sənaye məhəlləsi və digərobyektlər istfadəyə verilib.
Sevindirici haldır ki,azad Azərbaycanımızda möhtərəm Prezidentimizin rəhbərliyi və təşəbbüskarlığı ilə gerçəkləşən müxtəlif beynəlxalq səviyyəli tədbirlər, sosial-iqtisadi layihələr xalqımızın milli müstəqillik nailiyyətlərinin beynəlxalq aləmdə tanınmasına və Vətənimizin çiçəklənməsinə xidmət edir.
Müstəqillik xalqımızın tarixində ən şərəfli səhifədir. Bu gün Azərbaycanın dünyada güclü dövləti, müstəqil sözü, özünəlayiq yeri var.

Sözçü göstərdi ki, bu gün yenə də Azərbaycanın qüdrətlənməsi, güclü iqtisadiyyatı, torpaqlarını qoruya bilən şanlı orduya sahib olması tarixi düşmənlərimizi rahat buraxmır. Ancaq bütün çətinliklərin, təfriqələrin qarşısını ala bilən rəhbərimiz – Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevimiz var. O, bütün məqamlarda düşmən münasibətli qrupların qarşısına biliyi, müdrikliyi, siyasi bacarığı ilə sədd çəkə bilir və xalqımızı dünyada baş verən bütün siyasi münaqişələrdən mühafizə edir. İlham Əliyev dövrü müasir Azərbaycan tarixində yeni və parlaq mərhələdir. Azərbaycanın iqtisadi, siyasi uğurları, quruculuq nailiyyətləri, idmandakı qələbələri göz qabağındadır. Ötən ilin Aprel döyüşləri göstərdi ki, Azərbaycanın yenilməz ordusu var. İndi Azərbaycan hər sahədə Şərqdə birinci, dünyanın öncüllərindəndir.

Məruzəçi iştirakçıları Azərbaycanın müstəqilliyini qoruyub möhkəmləndirmək üçün möhtərəm Prezidentimiz İlham Əliyev cənabları ətrafında sıx birləşməyə, bütün hallarda onunla həmrəy olmağa çağırdı.
Konfransda şəhər ağsaqqallar şurasının sədri, Əməkdar müəllim Mirqabil Hüseynov, YAP Masallı Rayon Təşkilatının qadınlar şurasının üzvü Aytən Şükürova, Eminli kənd məscidinin dini icmasının sədri Rəbbi Kərimov, Ərkivan qəsəbə 5 nömrəli ümumi orta məktəbinin gənc müəllimi Gülay Mustafayeva müstəqilliuyimizin daha da möhkəmləndirilməsi üçün göstərilən səylərdən danışıb, iştirakçıları bayram münasibətilə təbrik etdilər. Onlar müstəqillik yolunda Azərbaycan xalqının çoxillik mübarizə tarixindən, onun qorunmasında Heydər Əliyevin müstəsna rolundan və Prezident İlham Əliyevin rəhbərliyilə respublikamızın regional və qlobal miqyasda nüfuzundan söhbət açdılar.Onlar qeyd etdilər ki, Azərbaycanın yüksək inkişafını Masallının timsalında da görmək olar.


Tədbiri Masallı RİH başçısı R.Hüseynov yekunlaşdırdı.

Əlihüseyn ŞÜKÜROV

Sizin Reklam Yeriniz