Əlaqə Arxiv
news Image
2019.10.19
10:15
| A A A
Özbaşınalıq heç yerdə cəzasız qalmır
İnkişaf etmiş Avropa ölkələrində hüquqa zidd hərəkət törədənlərə qarşı polis amansız davranır

Bu günlərdə futbol azarkeşlərinin sevimli şəhəri Barselonada ictimai-siyasi vəziyyət yenidən gərginləşib. İspaniyanın eyniadlı futbol komandasına görə məşhurlaşmış Barselona bölgəsində genişmiqyaslı aksiyalar nəticəsində yüzlərlə insan xəsarət alıb. Xarici mətbuatdan aldığımız məlumatlara görə, Barselona şəhərində 32, Leyda şəhərində 10,  Jiron şəhərində 5 nəfər yaralanıb. Silse, Sallante, Manrese, Tarraqone şəhərlərində də polislə toqquşmada xəsarət alanların olduğu deyilir.

Kataloniya vilayətində etiraz aksiyaları oktyabrın 14-dən başlayıb. Meydanda mitinq və nümayişlərin səbəbi Madrid tərəfindən qanunsuz elan edilən, 2017-ci ildə bölgənin İspaniyadan çıxarılması ilə bağlı referendum təşkil edən katalan siyasətçilərinə qarşı məhkəmə qərarından sonra başlayıb. Kataloniya hökumətinin ayrılma tərəfdarı olan bəzi nümayəndələrinə, bölgənin keçmiş prezidenti Carles Puigdemona və digərlərinə qarşı keçirilən iki illik təhqiqatdan sonra Ali Məhkəmə separatçı məhbusları günahkar bilib, 9 ildən 13 ilə qədər həbs cəzasına məhkum ediblər. Barselonadakı hazırkı etirazlar bu hökmə reaksiyadan irəli gəlir.

Etirtaz aksiyaları dövri xarakter daşıyır. Kütləvi iğtişaşlar bazar ertəsi olub və polis tərəfindən amansızlıqla yatırılıb. Lakin son üç gündə axşam saat 21.00-da üzlərini örtmüş gənc oğlan və qızlar icazəsiz aksiyalara başlayırlar. Onlar şəhərin mərkəzi hissəsində toplaşır, əhalinin gediş-gəlişinə mane olur, turistlərin rahatlığını pozur və zibil yeşiklərini yandırır, bəziləri isə barrikadalar qurmağa cəhd göstərirlər. Ali təhsil ocaqlarının tələbələri də bəzi aksiyalarda fəallıq göstərirlər.

Etirazçıların şəhərdəki El-Prat aeroportunun işini dayandıqmaq məqsədləri də puça çıxıb. Polis gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edərək nümayişçiləri dağılışmağa məcbur edib. Aeroprt toqquşmalarında 131 nəfər xəsarət alıb. “La Vangardia” qəzeti yazır ki, 22 yaşlı gənc etirazçı işğtişaş vaxtı gözünün birini itirib, onun gözünə rezin güllə dəyib. 30 yaşlı digər bir kişi isə aldığı xəsarətlərdən ciddi zədələnib və onun üzərində “xaya kütləsindən götürülməsi” cərrahi əməliyyat aparılıb.

Etiraz aksiyalarını koordinasiya edən “Demokratik sunami” təşkilatı ekstremist fəaliyyəti ilə tanınır. Qüvvədə olan qanunlara hörmətsizlik, vətəndaş itaətsizliyi, hakimiyyət orqanlarının qərarlarını saya salmayan bu təşkilatın radikal qərarları həmişə iğtişaşlarla müşayiət olunur. Buna görə də İspaniyanın mühafizəkar hökumətyönlü qəzetləri “Demokratik sunami”ni Rusiya ilə əlaqələrdə günahlandırır.

Ancaq aksiyalar icazəsiz olduğundan polis tərəfindən amansızlıqla yatırılır, asayiş qüvvələri bu zaman zorakılıqdan və güc işlətməkdən də çəkinmirlər. İspan polisinin fikrincə, qanunun aliliyini təbliğ edən demokratiya hamıya qarşı eyni səviyyədə tətbiq edilməlidir. 

N.NOVRUZ

 

 

 


 

 

Sizin Reklam Yeriniz