news Image
2019.10.20
11:44
| A A A
Köməksiz qalan azyaşlılar xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində və Bakı şəhərinin Yasamal rayonunda ayrı-ayrı ünvanlarda 2 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Mövqe.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.