Əlaqə Arxiv
news Image
2019.10.20
12:48
| A A A
DİN AXCP sədri Əli Kərimlinin fikirlərinə cavab verib - FOTO

Daxili İşlər Nazirliyi (DİN) ötən gün paytaxtın mərkəzində keçirilən qanunsuz aksiya zamanı saxlanılan AXCP sədri Əli Kərimlinin onların ünvanına səsləndirdiyi böhtan xarakterli fikirlərinə cavab verib.

Mövqe.az-ın məlumatına görə, DİN-in Arif Heydərov adına Respublika Hospitalının rəisi İsbi Babaxanov bildirib ki, Əli Kərimli hospitalda bütün müayinələrdən keçdikdən sonra evə buraxılıb.

DİN-in Hospitalında Əli Kərimlinin müayinələrindən sonra onda heç bir problem aşkarlanmayıb. Müayinənin nəticələri həkimlər tərəfindən araşdırılıb və bu barədə onun özünə bütün məlumatlar verilib.

Sizin Reklam Yeriniz