news Image
2019.11.08
13:36
| A A A
Sabahdan Bakıətrafı kənd və qəsəbələrə gedən avtobuslar buradan yola düşəcək

Sabah, noyabrın 9-u səhər saatlarından Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə açıq olacaq.

Bu barədə Mövqe.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, ətraf kənd və qəsəbələr, eləcə də digər müvafiq istiqamətlər üzrə marşrut xətt avtobusları Atletlər kəndinin qarşısında yeni qurulan mərkəzdən hərəkət edəcək.