Əlaqə Arxiv
news Image
2019.11.08
15:40
| A A A
Zərdabda dövlət bayrağı günü qeyd olunub

Dövlət Bayrağı günü münasibəti ilə Zərdabda yürüş təşkil edilib. Yürüşdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin əmək kollektivləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Yürüş iştirakçıları uzunluğu 10, eni 5 metr olan Azərbaycan bayrağını Dədə Qorqud meydanından başlayaraq Heydər Əliyev prospekti ilə hərəkət edərək Bayraq meydanına gətiriblər.

Rayon rəhbərliyi və hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, sonra tədbirin rəsmi hissəsi başlayıb.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev Dövlət Bayrağı günü haqqında çıxış edib.

Sonra Dövlət Bayrağı gününə həsr olunmuş əl işlərindən ibarət sərgi və divar qəzetləri nümayiş olunub, konsert proqramı təşkil edilib.

Sizin Reklam Yeriniz