Əlaqə Arxiv
news Image
2019.11.09
11:45
| A A A
Nazirlər Kabineti Dövlət Gerbi ilə bağlı yeni qayda təsdiq etdi
Nazirlər Kabineti Azərbaycan Respublikası Dövlət Gerbinin qabarıq təsvirinin istehsalı və vurulması qaydasını təsdiq edib. Mövqe.az-ın məlumatına görə, bu qaydaya əsasən, Dövlət Gerbinin qabarıq təsviri, ölçüsündən asılı olmayaraq, onun Azərbaycanın 2018-ci il 2 noyabr tarixli 1332-VKQ nömrəli Konstitusiya Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Gerbinin Təsviri"nə əlavə edilən rəngli, rəngsiz və sxematik təsvirlərinə uyğun gəlməlidir. Dövlət Gerbinin qabarıq təsvirindən istifadə hüququ olan subyektlərin sifarişi əsasında hazırlanır. Dövlət Gerbinin qabarıq təsvirinin hazırlandığı materiallara dair tələblər müvafiq dövlət standartları ilə müəyyən edilir. Dövlət Gerbinin qabarıq təsviri vurulacağı yerdən və ya istifadə məqsədindən asılı olaraq müxtəlif ölçülərdə ola bilər.
Sizin Reklam Yeriniz