Əlaqə Arxiv
news Image
2019.11.09
11:58
| A A A
Nazirlər Kabineti sürücülük vəsiqələrinə dəyişiklik etdi

Nazirlər Kabineti “Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Mövqe.az-ın məlumatına görə, “Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” qərarın 1.4-cü bəndi yeni redaksiyada verilib.

Yeni dəyişikliyə əsasən, vəsiqənin daxilində təmassız oxuna (yazıla) bilən elektron daşıyıcı (çip) yerləşdirilmişdir. Vəsiqədə mövcud olan məlumatlar həmin elektron daşıyıcıya (çipə) rəqəmsal formatda kodlaşdırılaraq yazılır. Elektron daşıyıcıya (çipə) məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində köçürülür.

Sizin Reklam Yeriniz