Əlaqə Arxiv
news Image
2019.11.13
08:55
| A A A
Ermənilərin Ermənistandan qaçışı sürətlənir
Selfibaz Paşinyanın demoqrafik planları isə sehrbaz fırıldağına bənzəyir

Ermənistanın ənənəvi yaraları sağalmaq bilmir. Ölkə əhalisi doğulub böyüdüyü torpağı sürətlə tərk edir.  Ermənistan hökumətinin rəsmi “Facebook” səhifəsində ölkənin Miqrasiya Xidmətinə istinadən bu barədə statistik məlumatlar paylaşılıb. Statistikaya görə, ölkədən əhalinin köçü davam edir, lakin bu il azalma müşahidə olunub. Yəni 2018-ci ildə sentyabr ayına kimi ölkəni 5 695 nədər tərk etmişdisə, bu ilin ilk 10 ayı ərzində bu rəqəm 9857 nəfər olub. Milli Statistika Xidmətinin məlumatına görə, Ermənistan əhalisi azalmaqda davam edir: əhalinin sayı cari ilin oktyabr ayının 1-i ötən ilin doqquz ayı ilə müqayisədə 11,700 nəfər azalaraq 2.957.500 nəfər olub, 2017-ci ilin eyni dövrü ilə müqayisədə isə ölkə əhalisi 22,1 min nəfər azalıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan 2050-ci ilə qədər ölkə əhalisinin sayının beş milyon nəfər olmasını strateji planı kimi açıqlayıb. İqtisadçılar isə hökumətin və Paşinyanın dediklərinə şübhəli yanaşırlar. Onlar bildiriblər ki, Ermənistandan işçi axını azalmır, əksinə dayanmadan artır. Еrməni iqtisadçı Tadevos Avetisyan deyib ki, təkcə son üç ay ərzində əmək bazarında 51 500 nəfər işsiz azalıb. Bu tendensiya, əsasən, mühacirətin nəticəsidir. Yalnız son bir neçə ay ərzində rəsmi qeydiyyata alınmış işsizlərin 20 faizi başqa ölkələrdə iş taparaq Ermənistanı tərk edib. İşsizlər daha yaxşı bir həyat axtarışı üçün ölkəni tərk edirlər.

Avetisyanın izahatı baş nazir Nikol Paşinyanın işsizliyin ləğvi barədə söylədiklərinin nağıl olduğunu sübut edir: “İşsizlik səviyyəsi ölkəmizdə yeni iş yerlərinin yaradılması hesabına azalmayıb. Məsələ burasındadır ki, ölkəmizdə alternativ olmadığına görə işsiz əhali iş tapmaq ümidilə xarici ölkələrə çıxıb gedirlər”.

Yaranmış şərait Nikol Paşinyanın “böyük repatriasiya” vədlərinin “şirin” yuxudan baş bir şey olmadığını göstərir. O, hakimiyyətə gəldiyinin ilk aylarında vətənə qayıdış devizi altında yüz minlərlə erməninin ölkəyə qayıdışını körükləmək istəyirdi. Lakin bir neçə cüzi həmlədən sonra onun köpü yatdı. İnqilab zamanı ölkəyə gəlib Paşinyanın hakimiyyətə gəlməsinə yardım edənlər də çıxıb getdilər iş-güclərinin dalınca. Həmin şəxslər diasporun pulu ilə sifarişli gələnlər idi.Buna görə də Paşinyan elə bilirdi ki, pafoslu sözlərlə disaporun varlı nümayəndələrini “yolmaq” üçün Ermənistana gətirə biləcək. Ancaq xaricdə varlı həyat sürənlər bu tələyə düşmədi. Əslində Paşinyan özü onların istəklərini yerinə yetirə bilmədi. 

Marağı olan Adam Şiff kimi konqresmenin isə məqsədi dollardır  və bu məqsədinə görə erməni diasporu ona 366 min ABŞ dolları ödəyib. Məbləğin belə aşağı olmasını Erməınistanda belə şərh edirlər: “Ya konqresmen özü ucuzlaşıb, ya da onun sahibləri xəsisləşib.Təəccüblüdür ki, erməni təbliğatının sevimlisi ruhunu belə kiçik məbləğə satır”. Ancaq unutmaq olmaz ki, diasporun hamilik təkcə pulla ölçülmür, onların dəstəyi ayəsində Adam Şiff hələ də Konqresdə yerini qoruyub saxlaya bilir.

Ermənistanın boşalmasının bir səbəbi də ölkənin dünyanın mənəvi dəyərlərindən uzaqlaşmasıdır. Bu faşizmə Ermənistanda olan məhəbbət və sədaqətdir. Sadə adamlar anlayırlar ki, nasizm təhlükəli tendensiyadır və bu yola yuvarlanan ölkədə əmin-amanlığa zəmanət yoxdur. İnsanlar isə ölmək yox, yaşamaq istəyirlər. Bu da ermənilərin xaricə üz tutmasını tezləşdirir.

Beləliklə, narıncı rəngə çalan əriklər ölkəsini, belə getsə, qarşıda təkcə demoqrafik problemlər yox, həm də yer üzündən silinmək təhlükəsi gözləyir.

N.NOVRUZ  

Sizin Reklam Yeriniz