Əlaqə Arxiv
news Image
2019.11.13
10:55
| A A A
Nəsimi rayon məktəbliləri növbəti dəfə "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasında iştirak edirlər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 13-16 noyabr 2019-cu il tarixlərdə «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün növbəti maarifləndirici tur-aksiyası təşkil olunmuşdur. Bu tur aksiyada Nəsimi rayon məktəbliləri Gəncə-Şəmkir - Göygöl rayonlarına səfər edirlər.

"Ölkəmizi tanıyaq" adı altında maarifləndirici tur –aksiyada iştirak edən Nəsimi rayon məktəbliləri ilə İcra Hakimiyyətində məktəb direktorlarının, valideynlərin, veteranların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir. Görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov şagirdlərə turun məqsədi barədə məlumat vermiş, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulamışdır. Bildirmişdir ki, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan regionların, şəhər və rayonlarımızın yeniləşən siması ilə şəhər məktəblilərinin yaxından tanış olması onlarda xüsusi təəssüratlar yaradacaqdır. Natiq çıxışına davam edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafına, ekologiyanın qorunmasına diqqəti, hər il ölkə vətəndaşlarının pulsuz müayinəyə cəlb olunması, şəhid və əlil ailələrinə, qaçqın və məcburi köçkünlərə, aztəminatlı ailələrə, internat və qocalar evlərində yaşayanlara qayğısını xüsusi vurğulamışdır.

Natiq bildirmişdir ki, tur aksiya zamanı məktəblilərin Gəncə şəhərində Qədim Qala divarlarına, Nizami Gəncəvinin məqbərəsinə, Nizami Gəncəvi adına mərkəzə, Cavad xan Məqbərəsinə, Cümə məscidinə, Şah Abbas məscidinə, Xan bağına, Amfiteatra, Gəncə Dövlət Filarmoniyasına , Gəncə bulvarına, Gəncə avtomobil zavoduna, Göygöl rayonunda Hacıkənd qəsəbəsi və Göygöl milli parkına, Şəmkir rayonunda Abidələr parkına, İstiqlal parkına, “Nəfis”çörək zavoduna, Şəmkir Aqroparkına ekskursiyaları təşkil olunacaqdır. Həmçinin bu şəhərlərdə Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkərinə, Bayraq Meydanına, tarix diyarşünaslıq muzeylərinə və digər tarixi yerlərə də səfərləri təşkil olunacaqdır.

«Ölkəmizi tanıyaq» tur aksiyasında iştirak üçün rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən 40 nəfər şagird seçilmişdir. Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən qrupa rəhbər təyin olunmuş, şagirdləri müşayət edəcək müəllim və həkim heyəti seçilmişdir. Şagirdlər xüsusi geyimlər və tələb olunan ləvazimatlar ilə təmin olunmuşdur.

Nəsimi rayon İcra Hakimiyyətində keçirilən görüşdə valideyinlər və şagirdlər çıxış edərək doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur aksiyaların əhəmiyyətindən danışmış, onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

Tədbirdə turda iştirak edən məktəblilər “Nəsimi ili” ilə bağlı dahi şairin qəzəllərindən ibarət hazırlanmış kompozisiya və “Ölkəmizi tanıyaq” mahnısını qonaqlara təqdim etdilər. Tədbirin sonunda 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivinin təqdim etdiyi konsert proqramı tədbir iştirakçılarında, valideynlərdə və məktəblilərdə xoş ovqat yaratdı. Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdirdilər.

Sizin Reklam Yeriniz