Əlaqə Arxiv
news Image
2019.11.13
23:05
| A A A
Texniki Universitetdə “Arximed 19” layihəsi çərçivəsində seminar keçirilib
Noyabrın 13-də Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Arximed 19" layihəsi çərçivəsində şəxsi inkişaf seminarı keçirilib. AzTU-dan Mövqe.az-a verilən məlumata görə, universitetin rektoru, professor Vilayət Vəliyev iştirakçıları salamlayaraq tələbələrə təhsildə və ictimai fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirdə fəaliyyət sahələrində uğur qazanmış tanınmış şəxslər-Aytən Səfərova, Nəsimi Paşayev, Cəlalə Nəzəroğlu, Orxan Şahbaz və Vüqar Zifəroğlu öz təcrübələrini bölüşüb, həyat hekayələrindən bəhs ediblər. "Axına qarşı" mövzusunda keçirilən seminarın əsas məqsədi gənclərin həyatda qazandıqları uğurların dəyərləndirilməsidir. Sonda layihə rəhbərləri və spikerlərə sertifikatlar təqdim edilib.
Sizin Reklam Yeriniz