Əlaqə Arxiv
news Image
2019.11.19
08:41
| A A A
Radikal müxalifətin Avropa sərgüzəştlərinin pərdəarxası yeni məqamları üzə çıxır
Radikal tələblərlə çıxış edənlərin məqsədi əslində, vəziyyəti gərginləşdirib öz mühacir bizneslərini çiçəkləndirməkdir

Almaniyada baş vermiş saxtakarlıq əməllərində azərbaycanlıların adlarının hallanması və cinayətkar qrupda həmyerlilərimizin yer alması biabırçılıqdan başqa bir şey deyil. Bu, həm ölkəmizin, həm milli düşüncəmizin, həm də müxalifətin layiq olmadığı şəkildə düçar olduğu ləyaqətsizlıikdir.

Dünyada elə bir ölkə yoxdur ki, orada mövcud siyasi ab-havadan, mənəvi dəyərlərdən, işdən, qazanc mənbələrindən, yaşam tərzindən yüz faiz razılıq olsun. İnsan xarakteri tələblər sarıdan korluq çəkmir, ancaq arzulara işləməklə çatmaq məsələsində problemlər həmişə olur. Ən inkişaf etmiş ölkələrin vətəndaşları arasında da öz ölkələrindəki yaşayışdan narazılıq halları kifayət qədərdir. Hətta bir çox hallarda məsələ iş və qazanc sarıdan yox, şəxsi problemlərin mürəkkəbliyindən, xarakterdəki ziddiyyətlərdən qaynaqlanır. Bu konteksdə siyasi ambisiyalar fonunda xaricə mühacirət edib, orada fırıldaqçılıqla məşğul olmaq cinayət deməkdir. Bu işi müxalifət adından görmək isə cinayətlə yanaşı mənəvi çürümədir.

Alman polisi konkret adlar çəkir və məlum olur ki, bu adamlar həqiqətən Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların üzvləridir. Və onlar Avropaya mühacirət edərkən vətəndə azad yaşamaq hüquqlarının olmadığını, hakimiyyət tərəfindən daim təqib olunduqlarını, həbs olunmaq riski ilə üz-üzə gəldiklərini, zorakılığa və işgəncəyə məruz qaldıqlarını misal gətirib, bunu bir sıra “sənədlərlər” vasitəsilə sübut edib və nəhayət, xarici ölkədə qalmaq və işləmək icazəsi alıblar. Olsun! İcazə almısan, çoz gözəl, qal, işlə, qazan və ürəyin istəyən kimi yaşa. Ancaq, doğrudanmı, xaricdə “yel əsib, qoz tökülüb” və indi də yığıb-yığışdıran yoxdur?! Yox, elə deyil. Avropaya digər ölkələrdən, o cümlədən Azərbaycandan gələn mühacirlərin böyük əksəriyyəti özlərini aldanmış sayırlar. Ona görə ki, heç kim onların “qaşına-gözünə aşiq olmayıb” ki, gələn kimi keçirdib yuxarı başda oturtsunlar və hər cür naz-nemətlə təmin olunsunlar.

Avropaya getməyin ən yaxşı yolu yüksək ixtisaslı mütəxəssis qismində iş təklifi almaq və dil bilməkdir. Bu zaman yüksək maaşa və gözəl perspektivə ümid edə bilərsən. Yox, əgər siyasi mühacir və ya aclıqdan əziyyət çəkən birisi kimi getmisənsə, onda mənəvi əzablara dözməlisən. Çünki, ya hamının sənə yazığı gəlib ianə verəcək, ya da sosialdan yardım alıb sıfırdan dil öyrənməyə, peşə qazanmağa başlayacaqsan ki, bunu da başa çatdıranda artıq orta yaş dövrünə qədəm qoyacaqsan, yəni gəncliyin boşuna gedəcək.

Belə bir müfəssəl mənzərə fonunda Avropaya sığınmış müxalifətçilərimiz biznesə başlamaq fikrinə düşürlər, axı, Avropada “hər şey asandır”. Amma hansı savad, bacarıqla və yerli situasiyanı nə dərəcədə bilməklə? Heç hansı. Dərhal başlayırlar yollar axtarmağa. Bu gün Avropada siyasi mühacir biznesi ilə bütün ölkələrdən olan cinayətkarlar məşğul olurlar. Bizimkilər də qoşulur onlara və başlayırlar Azərbaycanda özlərinə müştəri axtarmağa. Bunun üçün vətəndə qalmış partiyadaşlarını bu işə cəlb edir, onlar da öz növbələrində vətəni tərk etmək istəyənləri üzə çıxarır və tora salırlar. Siyasi partiya üzvü olmaq, mitinqlərdə iştirak edib polislə qarşıdurma yaratmaqla həmin anın şəklini çəkdirib dosyeyə daxil etmək işin tərkib hissəsidir. Bunun üçünsə mütləq müəyyən haqq ödənilməlidir. Bundan sonra Avropada qarşılanmaq, necə hərəkət etmək barədə təlimatlandırılmaq və nəhayət xaricdə sığınacaq almaq üçün dosyeni hazırlamaq da pul müqabilində başa gəlir. Üstəlik, ortaya sənəd əyər-əskiyi çıxanda dərhal bu bizneslə məşğul olanlar saxta sənədləri kompüterdə hazırlayır, əldə etdikləri möhürlə təsdiqləyirlər. Təbii ki, bu dəstəyə Azərbaycandakı əlaqəli qurumların işçirə arasından qoşulanlar da olur.

İndi məsələ burasındadır ki, bu işlə məşğul olanlar arasında Azərbaycanda müxalifətçi kimi tanınan şəxslər var.  Belə görünür ki, radikal tələblərlə çıxış edənlərin məqsədi əslində vəziyyəti gərginləşdirib öz mühacir bizneslərini çiçəkləndirməkdir. Digər tərəfdən bu adamlar müxaliflik imici ilə hakimiyyətə gəlsələr nə baş verər? Axı, bunları siyasi mübarizədən alver üçün istifadə edirlər. Nəticədən məlum olur ki, müxalifətə qoşulanlar arasında işləmək istəməyən, alverçi xislətli insanlar var və onlar öz mənafeləri naminə dağıdıcılığı əsas istiqamət seçiblər. Reallıqda isə müxalifət deyillər. Bu səbəbdəndir ki, sadə və vicdanlı siyasi partiya üzvləri belə radikallara qarşı çıxır və onları ifşa edirlər.

Bu günlərdə jurnalist Yafəz Əkrəmoğlu sosial şəbəkə hesabından Azərbaycanın müxalif partiya liderlərindən birinə məxsus olan və Almaniyada yerləşən mənzilinin fotolarını yayıb. Jurnalist Almaniyanın Köln şəhərində yerləşən mənzilin kimə əxsus olduğunu açıqlamasa da, yazdığı statusdan bunun Müsavat Partiyasının başqanı Arif Hacılıya məxsus olduğu anlaşılıb. Y.Əkrəmoğlu sözügedən mənzilin fotosunu bu sözlərlə paylaşıb: “Dostlar, kim deyә bilәr, Almaniyanın Köln şәhәrindәki bu binanın axırıncı mәrtәbәsindәki balkonlu mәnzil hansı müxalifәtçi Azәrbaycan siyasәtçisinә mәxsusdur? İpucu verirәm: Bu mәnzilin alınmasında mühacir alverindә әldә olunan pulların böyük rolu var. Evin qiymәti 180 min avrodur. Aylığı 830 avroya kirayә verilib”. Bu da, necə deyərlər, əyani fakt. Daha biznes düşüncəsi ilə hakimiyyət davası edən müxalifətə nə deyəsən?

N.NOVRUZ      

Sizin Reklam Yeriniz