Əlaqə Arxiv
news Image
2019.11.20
16:05
| A A A
Murad Dadaşovun mağazasında ölüm

Xalq artisti Murad Dadaşovun sahibi olduğu “Côte d`Azur” şirniyyat mağazasıda ölüm hadisəsinin olması barədə məlumat yayılıb. Mediapress.az saytının xəbərinə görə, müştərilərdən biri mağazada ürəktutmadan dünyasını dəyişib. 

Dadaşovun mətbuat xidməti məlumatı  təsdiqləyib. Amma qeyd olunub ki, sözügedən xanım şirniyyat evinin müştərisi olmayıb:

“Dünyasını dəyişən şəxs nə mağazanın işçisi, nə də müştərisidir. Sadəcə həmin xanım məhz şirniyyat evinin qarşısından keçərkən halı pisləşib. Həmin vaxt məkanda olan işçi, müştərilər bayıra çıxaraq qadına yardım ediblər və onu içəri keçiriblər. Çox güman ki, infarkt keçirib. Təcili yardım çağırılıb, lakin həkimlər gələnədək xanım ölüb”.

 

Sizin Reklam Yeriniz