Əlaqə Arxiv
news Image
2019.11.20
19:25
| A A A
Elçin Əlibəyli efiraf etdi: Səhv mənim olub - AÇIQLAMA


Tanınmış teleaparıcı Elçin Əlibəyli Space TV-dən ayrılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 
O, açıqlamasında deyib ki, işinin başındadır 
 "İllərdir aparıcısı olduğum "El bizim sirr bizim" verilişi Space TV-nin rəhbəri Vaqif Mustafayev və Kamil Şahverdiyevin təəşəbüsü ilə yaranıb. Onlar bu cür tok-şounun olmasını istəyib və mənə etimad göstəriblər. İllərdir bu verilişi aparıram. Lakin belə bir məsələ yarandı ki, verilişdə qonaq və mövzu təkrarçılığı yarandı, bu da reytinqə təsir edə bilərdi. Rəhbərliklə məsləhətləşdim ki, biz iki aparıcı ilə efirə çıxaq. Televiziya bu ideyama dəstək oldu. Bundan sonra verilişi özüm daha tək aparmayacam. Vidalaşmağım da bu səbəbdəndir, daha məni tək aparıcı kimi görməyəcəksiz". 
Elçin Əlibəyli efirlə vidalaşmağı haqda görüntülərin efirdə yayımlanmadığını deyib: 
"Mən aparıcıyam, çox şey deyə bilərəm. Redaktorun işi ondan ibarətdi ki, nəzarət etsin. Həmin zaman bir ifadə işlətmişdim ki, "3 badamn bir qozun ölkəsinə çevrilmişik". Biz Landau və Üzeyir Hacıbəyov kimi dahilər yetişdirən ölkəyik. Şərqdə ilklərə imza atmış xalqıq. Bəzi anti-milli qüvvələr bizi dəyişə bilməz. Fikirim o idi ki, "3 badam 1 qoz" ifadəsinə çevrilməyək. Redaktor da məsləhət bilməyib ki, bu hissəni çıxarım. Montajçım həmin hissəni kəsib sosial şəbəkədə yayıb. Yəni o fikirlərim efirə gedməyib".
Elçin Əlibəyli öz səhvini də etiraf edib: "Bu fikirlərim televiziya rəhbərinin haqlı olaraq xoşuna gəlməyib. Vaqif müəllimdən xahiş edib, onunla görüşdüm. Məsələni anlatdım ki, bəli mənim səhlənkarlığım olub, baxmamışam. Öz adımdan üzrxahlıq etdim. İşimə məsuliyyətlə yanaşmalıyam. Televiziyanın öz prinsipləri var, bununla yanaşı Vaqif müəllimin də prinsipləri var. Bu mənəviyyət və dəyərlərdir. Bir daha qeyd edirəm ki, səhv mənim olub, işimə məsuliyyətlə yanaşmamışam".
 

Sizin Reklam Yeriniz