Əlaqə Arxiv
news Image
2019.11.21
09:04
| A A A
Bakıda sərnişin avtobusu mikroavtobusla toqquşub, xəsarət alanlar var

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Mövqe.az-ın verdiyi məlumata görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov bildirib ki, Sahil qəsəbəsi, "20-ci Sahə" adlanan ərazidə marşrut avtobusu mikroavtobusla toqquşub. Hadisə zamanı 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar arasında uşaq və yeniyetmə də var. 

Yaralılar xəstəxanaya yerləşdirilib.

Sizin Reklam Yeriniz