Əlaqə Arxiv
news Image
2019.11.21
11:11
| A A A
Ədliyyə sistemi islahatlar yolu ilə müasirləşir

2019-cu il noyabr ayının 22-də Azərbaycan ədliyyəsinin yaranmasının 101 illiyi tamam olur.
Azərbaycanın müstəqilliyi haqqında istiqlal bəyannaməsində ilk parlament və hökumət yaradılmış, ölkənin bayrağı, himni və gerbi qəbul edilmiş, ana dili dövlət dili elan edilmiş, mədəniyyət, maarif, dövlət quruculuğu sahəsində böyük işlər görülmüş, ilk universitet təsis olunmuş, milli ordu quruculuğuna başlanılmışdır.
Xalq Cümhuriyyəti qurulduqdan dərhal sonra yaradılan dövlət orqanlarından biri də Ədliyyə Nazirliyi olmuşdir. Yeni formalaşdırılan hökumət ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verərək öz işinə lik növbədə ədalət mühakiməsinin təşkili ilə başlamışdlr. 1918-ci ilin oktyabrın 1-də Nazirlər Şurası Bakı dairə məhkəməsinin, o cümlədən prokurorluğun fəaliyyətini bərpa etmiş, həmin ilin noyabrın 22-də isə Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiq edilmiş, onun səlahiyyətləri və fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. Nazirlik ilk növbədə öz işini ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələri məhkəmə aparatları tədricən bərpa olunmuş, binalar qaydaya salınmış, çətinliklə də olsa hüquq ədəbiyyatı kitabxanası yaradılmışdır. Hökumətin 11 avqust 1919-cu il tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tabeliyində olan həbsxanalar Ədliyyə Nazirliyin tabeliyinə verilmişdir. Kadrlara olan tələbat nəzərə alınaraq hüquq kursları ölkənin müxtəlif regionlarından gənc, savadlı insanlar həmin kurslara cəlb edilir.
1920-ci ildə Azərbaycan Demokratik Respublikası süqut etdikdən sonra Ədliyyə Nazirliyi ləğv edilir və yerinə Xalq Ədliyyə Komissarlığı yaradılır. Onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, onlara rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilir. 1959-cu ildə Ədliyyə Komissarlığının fəaliyyəti dayandırılır və onun səlahiyyətləri ayrı-ayrı dövlər orqanları arasında bölüşdürülür.
Ədliyyə Nazirliyinin yenidən yaradılması ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci il tarixdə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilir və bununla da Azərbaycan ədliyyəsinin tarixində yeni bir mərhələ başlanmış olur.
Dövlət müstəqilliyimiz yenidən bərpa olunduqdan sonra ədliyyə orqanlarının inkişafına xüsusi diqqət və qayğı göstərilmişdir. Bu qayğının təzahürü olaraq ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 22 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir. Bundan əlavə bu müddətdə ədliyyə nazirliyinin fəaliyyəti üçün qanunvericilik əsaslı surətdə yenilənmiş, ədliyyənin müasirləşdirilməsi ilə bağlı dövlətimizin başçısı tərəfindən fərman və sərəncamlar imzalanmış, dövlət proqramları qəbul edilərək icra olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin ideya və amallarını davam etdirmiş, ölkəmiz sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Prezidentimizin rəhbərliyi ilə Azərbaycan ədliyyəsi ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində daha da müasirləşmiş, yeni uğurlara imza atmışdır.
Cənab İlham Əliyevin prezidentliyi dövründə ədliyyə təşkilatlarının məsuliyyəti daha da artmış, bu quruma qayğı və diqqət yüksəlmişdir. Ədliyyə işçiləri öz fəaliyyətlərində daim cənab Prezidentimizin qayğısını hiss edir. Belə ki, möhtərəm Prezident dəfələrlə ədliyyə işçilərinin maddi və sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncamlar imzalamışdır.
2006-cı ildə ölkədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunmuş, nazirliyə yeni vəzifələr həvalə edilmiş, strukturu təkmilləşdirilmişdir. Müstəqillik dövründə ilk dəfə olaraq dövlət başçısının 18 aprel 2006-cı il tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında əsasnamə təsdiq edilərək ona hüquq mühafizə orqanı statusu verilmiş, habelə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanunu qəbul olunmuş və ölkə Prezidenti tərəfindən "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı il tarixli Fərman imzalanmışdır. Bir sözlə, ədliyyə sistemi islahatlar yolu ilə müasirləşir.
Azərbaycan ədliyyəsinin 101 illik yubileyi böyük ruh yüksəkliyi ilə qeyd edən ədliyyə işçiləri dövlət başçımız cənab İlham Əliyevin ətrafında sıx birləşməklə ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzıfələrini hər zaman layiqincə yerinə yetirmək və daha məsuliyyətlə çalışmaq əzmindədirlər.
                                                            İlqar MƏHƏRRƏMOV,
                                         Masallı Rayon Qeydiyyat Şöbəsinin rəisi,
                                         kiçik ədliyyə müşaviri.



--
Əlihüseyn Şükürov

Sizin Reklam Yeriniz