news Image
2019.11.22
10:40
| A A A
Əməkdar müəllim Mirqabil Hüseynovun yubiley tədbiri

Dünən, 21 noyabr 2019-cu il tarixdə Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində “Tərəqqi” medallı Əməkdar müəllim Mirqabil Hüseynovun70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Yubiley tədbiri Mirqabil Hüseynovun həyat və fəaliyyətindən bəhs edən filmin izlənilməsi ilə başlayıb.
Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov tədbir iştirakçılarını salamlayıb və yubilyar haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Mirqabil Mirhüseyn oğlu Hüseynov 1949-cu il noyabrın 19-da Masallı şəhərində anadan olub. Şəhər 1 və 2 nömrəli orta məktəblərində təhsil alıb. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix-fəlsəfə fakültəsini bitirib. Həmin ildən şəhər 1 nömrəli orta məktəbində tarix müəllimi və şəhər qiyabi məktəbində metodist kimi fəaliyyətə başlayıb. Hərbi xidmətini başa vurduqdan sonra – 1971-ci ildən şəhər 1, 2 və 3 nömrəli tam orta məktəblərində direktor müavini, 1976-cı ildən şəhər 1 nömrəli tam orta məktəbin direktoru işləyib. 1990-1993-cü illərdə Masallı RİHB-nin müavini vəzifəsində çalışıb. 1993-cü ildən yenidən şəhər 1 nömrəli orta məktəbin direktoru işləyib. 41 il bu təhsil ocağına rəhbərlik edib.
Ömrünün 50 ilini Azərbaycan təhsilinin inkişafına həsr edən M.Hüseynov “Tərəqqi” medalı (04.10.2005) ilə təltif olunub, Əməkdar müəllim (03.10.2013) fəxri adına layiq görülüb.
Tədbirdə iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin cabiq başçısı Rafil Hüseynov ümummilli lider Heydər Əliyevin və onun siyasi davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə, ağsaqqallara olan diqqət və qayğısından danışıb, Mirqabil Hüseynovun rayonun ictimai-siyasi həyatındakı fəaliyyətini yüksək qiymətləndirib, yubilyarı təbrik edib.
YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev, rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, QMİ-nin bölgə qazisi Mirqiyas Təhməzov Mirqabil Hüseynovun Masallıda təhsilin inkişafında, eləcə də rayon Ağsaqqallar Şurasının sədr müavini, şəhər Ağsaqqallar Şurasının, şəhər “Cümə” məscidi dini icmasının sədri kimi fəal mövqeyindən bəhs ediblər.
“Respublika” qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov, həftəlik “Yeni həyat” qəzetinin baş ədəbi işçisi Akif Ağayev, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, DQİDK Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, MƏSQVT rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru, Əməkdar müəllim Mənsur Ağayev, Biləsuvar şəhər 6 nömrəli tam orta məktəbin direktor müavini Gülağa Hüseynov, Milli Məclisin deputatı Nəriman Əliyevin köməkçisi Mirnizam Vahabov, Masallı RMX-nın həkimi Maqsud İsrafilov, Masallı şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi Sahil Fərzəliyev, şəhər “Cümə” məsidinin axundu Hacı Məftun Hüseynov və başqaları yubilyarın təhsil sahəsindəki xidmətləri ilə yanaşı insani keyfiyyətlərindən, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasındakı rolundan danışıb, ona uzun ömür, cansağlığı arzulayıblar.
Natiqlər bildiriblər ki, nüfuzlu ağsaqqal, təcrübəli pedaqoq M.Hüseynov gənclərimiz üçün əsl örnəkdir.
Yubilyar tədbirin təşkilatçılarına, iştirakçılara minnətdarlığını bildirib.
Tədbirdə M.Hüseynova Fəxri fərman və qiymətli hədiyyələr verilib, ona ünvanlanan təbrik teleqramları oxunub.
Tədbir Masallı şəhərinin "İlqar Plaza" şadlılq sarayında davam edib.
Əlihüseyn Şükürov,
Həsənağa Əliyev,
Akif Ağayev,
Vəkil Ağayev və Elsevər Əliyev 

money.az currency