Əlaqə Arxiv
news Image
2019.11.22
19:20
| A A A
Elm Tarixi İnstitutunda “Azərbaycan tibb tarixinin qaynaqları və tarixşünaslığı” monoqrafiyası nəşr edilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun ərsəyə gətirdiyi “Azərbaycan tibb tarixinin qaynaqları və tarixşünaslığı” adlı monoqrafiya işıq üzü görüb.
Həmmüəllif işi olan monoqrafiya Elm Tarixi İnstitutunun Elmi şurasının qərarına əsasən çap olunub. Monoqrafiyanın müəllifləri – İnstitutun direktoru, tarix elmləri doktoru, dosent Məryəm Seyidbəyli və əməkdaşları tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev və Solmaz Namazovadır. Monoqrafiyanın elmi redaktoru AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundovadır.
Azərbaycan elm tarixində bir ilk olan monoqrafiya qədim dövrdən müasir dövrədək Azərbaycanın tibb tarixinin bütün  məqamlarına aid qaynaqların və tarixşünaslığın araşdırmasıdır. Tədqiqat obyekti olmuş problem bundan əvvəl demək olar ki, geniş formada tədqiq edilməmişdir. Əsər iki bölümdən ibarətdir. Birinci bölüm qaynaqlar haqqında məlumatlar, qaynaqların təsnifatı və onların müəllifləri haqqındadır. Xronoloji ardıcıllığın qorunduğu ikinci bölüm isə tibbin tarixşünaslığına həsr olunub. 
Kitab hazırlanarkən, əlyazmalar, müxtəlif dilli qaynaqlar və müasir tədqiqatlardan kompleks şəkildə istifadə edilmişdir. Monoqrafiyanın bir çox elmi yenilikləri mövcuddur. Belə ki, ilk dəfədir ki, hər hansı bir elm sahəsinin spesifik formada qaynaqları və mənbəşünaslığına ayrıca tədqiqat əsəri həsr olunmuş, tibb tarixinin qaynaqları və tarixşünaslığı təsnif olunmuş, təsnifat haqqında ayrıca məlumat verilmiş, “Avesta” kitabı tam şəkildə nəzərdən keçirilərək onun içərisindən bütün tibbi biliklər çıxarılmış, bir çox ingilisdilli ədəbiyyatdan istifadə olunmuş, Azərbaycan mətbuatında təbabətə dair mövcud olan məlumatlar müxtəlif istiqamətlərdə araşdırılmış və ilk dəfə 
Sizin Reklam Yeriniz