Əlaqə Arxiv
news Image
2019.12.03
10:49
| A A A
Mərkəzi Gömrük Hospitalının həkimləri təlim kursunda iştirak ediblər

Mərkəzi Gömrük Hospitalının həkimləri – pediatr-neonatoloqlar Fərəh Vahabova, Ülkər Hacıyeva, Nazilə Hüseynova, Təranə Göyüşova, Minazər Abdullayeva, Ülviyyə Mahmudova, pediatrik kardioloq Nəsimi Cabbarov, anestezioloq-reanimotoloqlar Xəyal Məmmədov, Şahin Mazanov və Təranə Göyüşova 29-30 noyabr 2019-cu il tarixlərində Azərbaycan Tibb Universiteti və Türkiyənin Ankara Universitetinin təşəbbüsü, "Up-to-date in medicine Tibbi Konsaltinq" şirkətinin təşkilati dəstəyi ilə keçirilən "Pediatrik reanimasiya və təcili pediatrik yardım” üzrə təlim kursunda iştirak ediblər.

İki gün davam edən təlim kursu pediatrik pasiyentlərin reanimasiyası, təcili və təxirəsalınmaz klinik halların menecmentinə dair pediatr, pulmonoloq, neonatoloq, şüa diaqnostikası mütəxəssislərinin, anestezioloq və reanimatoloqların, eləcə də ailə həkimlərinin mövcud bilik və praktik vərdişlərini genişləndirmək, klinik təcrübə və bacarıqlarını artırmaq məqsədilə həyata keçirilib.

Beynəlxalq ekspertlərin iştirakı ilə kritik vəziyyətdə olan pasiyentlərin qiymətləndirilməsi, kardiopulmonar reanimasiya, kəskin respirator çatışmazlıq və onun müalicəsi, mexaniki ventilyasiyaya göstərişləri, ritm pozuntuları və onların kəskin müalicəsi, pediatrik pasiyentlərdə RDS, sedasiyalı analgeziya, ECMO, pediatrik sepsis, septik şok, bayılma, epileptik status, KİBAS, ürək çatışmazlığı və onun müalicəsi kimi mövzuların müzakirə edildiyi kurs müddətində həkimlər nəzəri və praktiki vərdişlərini təkmilləşdirmək imkanı qazanıblar.

Sizin Reklam Yeriniz