Əlaqə Arxiv
news Image
2019.12.03
11:32
| A A A
Əlilliyi olan şəxslər arasında şahmat turniri keçirilib

3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar əlilliyi olan şəxslər arasında şahmat turniri təşkil edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin dəstəyi ilə təşkil olunan tədbir əlilliyi olan şəxslərin bu idman növünə marağını artırmaq, bütövlükdə, həmin kateqoriyadan olan şəxslərin idman yarışlarında iştirakını təşviq etməkdir.

Yarışda Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi və Gözdən Əlilliyi olan Şəxslərin Cəmiyyətinin Dama və Şahmat Federasiyasından ümumilikdə 16 nəfər iştirak edib. Onlardan 3-ü turnirin qalibi olub.

Qaliblərə fəxri fərmanlar və pul mükafatı, digər iştirakçılara isə simvolik mükafatlar təqdim edilib.

Sizin Reklam Yeriniz