news Image
2019.12.03
12:41
| A A A
Azərbaycan və Gürcüstan itkin düşən balıqçıların axtarışı üzrə birgə tədbirlər həyata keçirir

Gürcüstanda Candargöldə itkin düşən balıqçıların axtarışlarına Azərbaycan tərəfi yenidən cəlb olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidməti məlumat yayıb.

Azərbaycan ərazisində axtarışlar gölün ölkə ərazisindəki hissəsində aparılır. Xilasedicilər də müvafiq avadanlıqlarla axtarış işlərinə cəlb olunublar. Sərhədçilər də sahil xəttində balıqçıların axtarışlarını aparırlar. Azərbaycan ərazisində helikopterlə də axtarış bərpa olunub.

Candargölün Gürcüstan hissəsində axtarışlarda helikopterlə yanaşı, dronlar və dalğıclar da cəlb edilib.

Hər iki ölkənin xilasetmə xidmətləri mövcud resurslardan istifadə etməklə koordinasiya edilmiş iş aparmaqda davam edirlər. 

money.az currency