Əlaqə Arxiv
news Image
2019.12.04
15:36
| A A A
Lökbatandan maraqlı mesaj...

Ölkə başçısının tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun paytaxtın qəsəbələrində keçirdiyi əhali ilə görüşləri çərçivəsində novbəti görüş Qaradağ rayonu Lökbatan qəsəbəsində təşkil edilmişdir. Görüşdə çıxış edən şəhər rəhbəri paytaxtda həyata keçirilən genişmiqyaslı abadlıq və quruculuq işləri, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin, fasad və girişlərinin təmiri, yeni liftlərin quraşdırılması“Abad məhəllə”lərin yaradılması barədə məlumat verərək paytaxt qəsəbələrinin daha da inkişaf etdirilməsi ilə bağlı ölkə başçısının tapşırığını xüsusi olaraq vurğuladı.

Yüzlərlə sakinin iştirakı və ənənəvi “Açıq mikrofon” formatında keçirilən görüşdə hər bir sakin öz irad və təkliflərini deməyə imkan tapmış, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, aidiyyəti qurumların rəhbərləri sakinlərin müraciət və təkliflərini 3 saatdan çox vaxt ərzində ayaq üstə dinləmişlər.

Görüşdə söz alan Lökbatan sakinlərindən biri müxalifətə Lökbatanda mitinqə gəlməkdən imtina etdikləri üçün minnətdarlıq etdi və şəhər rəhbərliyinə müraciət edib heç bir müxalifət partiyasına Lökbatanda mitinq keçirməyə icazəverilməməsini xahiş etdi. O, bildirdi ki, Lökbatan sakinləri onsuz da bu mitinqlərə getmirlər və bizə müxalifətin fikirləri yaddır. Qəsəbə sakini təklif etdi ki, mitinqləri ümumiyyətlə şəhərdən kənara çıxarmaq lazımdır. Lökbatan böyük bir qəsəbədir, burada həyat qaynayır və hər hansı kütləvi toplantı sakinlərənarahatçılıq yaradır.

Vətəndaşı dinləyən Eldar Əzizov bildirdi ki, biz vətəndaşların hüquqları, o cümlədən söz və toplantı azadlıqları qorunan demokratik ölkədə yaşayırıq. Bu tədbirlər qanunvericilik çərçıvəsində keçirilməlidir ki, aksiyalar sakinlərə narahatçılıq yaratmasın.

Eldar Əzizov qeyd etmişdir ki, Avropa demokratiyası öz kökünü qədim Yunanıstan və Romadan götürür. Lakin qədim Romada da vətəndaşların kütləvi yığıncaq yeri olan Mars meydanı şəhər hüdudlarından kənarda idi. O bildirmişdir ki, “Əhalinin bir qisminin öz hüquqlarını realizə etməsi, digərlərinin hüquqlarını pozmamalıdır”. Şəhər rəhbəri bildirmişdir ki, dünya praktikasına uyğun olaraq kütləvi tədbirlərin keçirilməsi üçün şəhər hüdudlarından kənarda yer ayrılır. Lakin bununla yanaşı Lökbatan qəsəbəsi şəhər mərkəzindən cəmi 15-20 dəqiqəlik məsafədə yerləşir. Əgər müxalifət həqiqətən də öz tərəfdarlarını toplayaraq dinc mitinq keçirmək istəyirsə, hər dəfə müxtəlif bəhanələrlə imtina etməzlər.

Eldar Əzizov həm də bildirdi ki, şəhər rəhbərliyi İcra Hakimiyyətinin binası qarşısında piket keçirilməsinə icazə verdikdən sonra, dərs prossesinin pozulması və mərkəzdə tıxacların yaranması ilə bağlı daxil olmuş şikayətlərin sayı, piketə gələn iştirakşıların sayından dəfələrlə çox olmuşdur və biz bundan nəticə çıxaradıq. E.Əzizov əlavə etdi ki, aksiyada asayiş pozuntuları və təxtibat cəhdlərinə baxmayaraq Avropa ölkələrindəki

müxtəlif aksiya və ixtişaşlar zamanı müşahidə etdiyimizdən fərqli olaraq polisçox korrekt və səliqəli davranış nümayiş etdirmişdir.

Maraqlı dialoq formasında keçən görüşdə ümumilikdə 33 nəfər qəsəbə sakini çıxış etdi. Bütün müraciət və təkliflər nəzarətə götürüldü. Bir sıra problemlər yerindəcə həll edildi. Qəsəbə sakinləri Bakı şəhərində, eyni zamanda, Lökbatan qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, həyata keçirilən siyasi kursa birmənalı dəstək ifadə ediblər.

Coxsaylı tənqid və emosional çıxışlara baxmayaraq (insanlar çıxış üçün növbəyə durmuşdu - red) görüş sürəkli alqışlarla başa çatdı.

Sizin Reklam Yeriniz