Əlaqə Arxiv
news Image
2019.12.05
17:37
| A A A
Hadisə yerindən qaçan sürücü tutulmuşdur

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilmişdir.

Belə ki, dekabrın 3-də, saat 19 radələrində Salyan rayonu ərazisində naməlum sürücünün idarə etdiyi avtomobillə yolu keçmək istəyən piyada 1987-ci il təvəllüdlü Sadiq Mustafayevi vuraraq ölümünə səbəb olması, daha sonra isə hadisə yerindən qaçması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdır.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin olunmuş və digər zəruri istintaq hərəkətləri aparılmışdır.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin 44-BL-045 dövlət qeydiyyat nişanlı “Daımler Crysler” markalı avtomobilin sürücüsü – 1959-cu il təvəllüdlü Muğbil Niftullayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

M.Niftullayev şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Sizin Reklam Yeriniz