Əlaqə Arxiv
news Image
2019.12.07
16:20
| A A A
Turizm reyestrinin qurulması üçün tender elan edilib

Dövlət Turizm Agentliyi “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə uyğun olaraq, turizm reyestri sisteminin qurulması xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edib.

Mövqe.az-ın məlumatına görə, açıq tenderdə iddiaçı qismində ixtisaslı işçi heyətinə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.

İddiaçılar öz təkliflərini 2019-cu il 16 yanvar, tender təklifini və təklifin bank təminatını isə 24 yanvar tarixinədək portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların tender təkliflərinin açılışı gələn il 2019-cu il 25 yanvar tarixində dövlət satınalmalarının vahid internet portalında virtual iclas formatında aparılacaq.

Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Sizin Reklam Yeriniz