Əlaqə Arxiv
news Image
2019.12.09
14:17
| A A A
Parçaya hopdurulan narkotik vasitəni gömrük sərhədindən keçirmək cəhdi baş tutmadı

Beynəlxalq poçt göndərişləri yolu ilə narkotik vasitənin gömrük sərhədindən

keçirilməsi cəhdinin qarşısı alınıb.
Bakı Karqo Terminalında Azərbaycan Respublikasından Avstraliyaya ünvanlanan
poçt bağlamasına kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. Xidməti it reaksiya
verdiyi üçün bağlama Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri
gömrük postunda təkrar yoxlanılıb.
Parçanın daxilinə narkotik vasitəyə oxşar naməlum maddənin hopdurulduğu ehtimal
olunduğuna görə, poçt bağlaması araşdırma məqsədilə saxlanılıb. Təkrar yoxlama
nəticəsində parçaya hopdurulan maddənin 3 kq 154 qram çəkidə tiryək olduğu
müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz