Əlaqə Arxiv
news Image
2019.12.10
12:36
| A A A
DYP rəisi: "Yanğın baş verən ərazidə hər iki istiqamətdə yol açıqdır"

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov “EuroHome” tikinti materialları bazarında baş verən yanğın yerinə gəlib.

Mövqe.az xəbər verir ki, jurnalistlərə açıqlama verən R.Zeynalov DYP-nin şəxsi heyətinin, həmçinin Post Patrul xidmətinin, eləcə də digər əlaqəli qurumların səfərbər olunduğunu qeyd edib.

Onun sözlərinə görə, hazırda hər iki istiqamətdə yol açıqdır:

“Müəyyən sıxlıq var və bunun da aradan qaldırılması üçün tədbirlər görülür. Hesab edirəm ki, əhali bu işdə bizə kömək edir. Sürücülər diqqətli və təmkinli olmalıdır. Mövcud vəziyyəti düzgün qiymətləndirmək lazımdır”. 

Sizin Reklam Yeriniz