Əlaqə Arxiv
news Image
2019.12.13
11:05
| A A A
Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ağdaş və Yevlax rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul dekabrın 17-də saat 11:00-da Ağdaş rayon Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.

Həmin tarixdə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində saat 15:00-da rayon sakinləri ilə görüşəcək.

Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov isə Bərdə Bələdiyyəsinin inzibati binasında saat 10:00-da vətəndaşların müraciətlərini dinləyəcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Sizin Reklam Yeriniz