Əlaqə Arxiv
news Image
2019.12.13
14:20
| A A A
Elm Tarixi İnstitutu beynəlxalq elmi təşkilata üzv olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) Elm və Texnologiyanın Tarixi və Fəlsəfəsi üzrə Beynəlxalq İttifaqın (IUHPS) Elm və Texnologiyanın tarixi şöbəsinə assosiosiyalı üzv qəbul edilib.

Qeyd edək ki, beynəlxalq elmi ittifaq elm və texnologiya tarixi və fəlsəfəsi sahəsində dünya elm adamlarının əməkdaşlığı üçün yaradılmış qeyri-hökumət təşkilatıdır. Elmi müəssisə 1955-ci ildə Beynəlxalq Elm Tarixi Birliyi (IUHS) və Beynəlxalq Elm Fəlsəfəsi İttifaqının (IUPS) birləşməsi ilə formalaşıb. Beynəlxalq Elm Şurasının (ICSU) üzvü olan qurumda 100-dən çox ölkə, 26 beynəlxalq elmi birlik təmsil olunur.

Məlumat üçün bildirək ki, Azərbaycan elminin dünya elminə inteqrasiyası, elmlərarası əməkdaşlığın güclənməsinə məqsədilə AMEA Rəyasət Heyətinin 27 fevral 2014-cü il tarixli qərarı ilə Akademiyanın İctimai və Humanitar Elmlər Bölməsinin tərkibində yaradılmış Elm Tarixi İnstitutu xarici ölkələrin elmi müəssisələri ilə müntəzəm əlaqə saxlayır, elmin müasir problemlərinə və təşkilinə dair əcnəbi alimlərlə daim fikir mübadiləsi aparır.

Sizin Reklam Yeriniz