Əlaqə Arxiv
news Image
2019.12.16
12:02
| A A A
Parisdə Azərbaycan elmi diasporunun təməli qoyulub

Fransa Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin dəstəyi ilə 14 dekabr 2019-cu il tarixdə Paris şəhərində Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin Mədəniyyət Mərkəzində Frandasakı Azərbaycanlı elmi diasporunun ilk görüşü keçirilmişdir.

Görüşdə Fransanın bütün regionlarından gələn əlliyə yaxın azərbaycanlı elmlər namizədləri (PhD) və doktorantlar, həmçinin magistr tələbələri iştirak etmişdir. Təşkilatçı, Fransa Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri Dr.Gunel Səfərova, iştirakçıları salamlayaraq Fransadakı ictimai nəqliyyatda davam edən nümayiş və etiraz aksiyasına baxmayaraq görüşə göstərdikləri marağa və iştiraklarına görə təşəkkürünü bildirdi.

Daha sonra görüş iştirakçıları ilə birlikdə Fransada elmi diasporun gələcək məqsədləri, vəzifələri, öhdəlikləri ətrafına fikir mübadiləsi aparıldı və Fransanın elm ocaqlarında elmi iş yazan və bu titulu artıq əldə etmiş həmvətənlərimizin bir araya gətirilməsi və təşkilatlanması üçün elmi diasporun yaradılması qərara alındı.

Görüşdə təşkilatçı, Fransa Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri Dr.Gunel Səfərova, regionlarda assosiasiya və təşkilatların yaranmasını təşviq edərək, Diasporla iş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondu ilə elektron portallardan istifadə edərək əməkdaşlıq layihələrinin hazırlanması qaydalarından da söhbət açdı.

Azərbaycan Respublikasının Fransadakı Səfiri cənab Rəhman Mustafayev görüşdə iştirak edən azərbaycanlı elmi işçiləri salamlayaraq, elmi diasporun yaradılmasının vacibliyini vurğuladı və Fransa ali təhsil ocaqlarının kitabxanalarında Azərbaycanla bağlı kitab bazasının genişləndirilməsi üçün səfirliyin dəstək olacağını bildirdi,

Görüş iştirakçılarına, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının science.az saytında elmi diaspora portalı və Fransadakı azərbaycanlı tələbə təşkilatları barədə məlumat verildi.

Sonda fəaliyyət planının müzakirələrinin davam etdirilməsi üçün görüşlərin davamlı keçirilməsi qərara alındı və xatirə şəkli çəkdirildi.

Sizin Reklam Yeriniz