Əlaqə Arxiv
news Image
2019.12.16
12:15
| A A A
“Din və multikultural təhlükəsizlik” mövzusunda konfrans keçiriləcək

Cari ilin dekabr ayının 16-da Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə “Din və multikultural təhlükəsizlik” mövzusunda konfrans keçiriləcəkdir.

Tədbiri DQİDK sədrinin müavini Səyavuş Heydərov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov giriş sözü ilə açacaqlar.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təhlilçisi Araz Qurbanov “Multikultural təhlükəsizlik: problemlər və vəzifələr” barədə təqdimatla çıxış edəcək. Milli Məclisin deputatı Hikmət Babaoğlu, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov mövzu ilə bağlı fikirlərini bölüşəcəklər. Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov “Multikultural təhlükəsizyin təmin olunmasında din amilinin rolu” mövzusunda çıxış edəcək.

Ardınca AMEA-nın Fəlsəfə İnstitutunun direktoru bİlham Məmmədzadə, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov multikultural və tolerant dəyərlərin təşviqinin əhəmiyyəti, eləcə də dini təhlükəsizliyin təmin edilməsində bu dəyərlərin rolu barədə fikirlərini bölüşəcəklər. Tədbirin sonunda Azərbaycan İlahiyyat İnstitutunun I kurs tələbəsi Nicat Hüseynovun çıxışı dinlənəcək.

Konfrans öz işini müzakirələrlə yekunlaşdıracaq.

Sizin Reklam Yeriniz