Əlaqə Arxiv
news Image
2020.01.06
15:52
| A A A
Masallı Rayon İcra hakimiyyətinin başçısı Mərkəzi xəstəxanada xəstələri və tibb işçilərini bayram münasibəti ilə təbrik edib

Yeni ilin ilk günü,1 yanvar 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov Mərkəzi Rayon Xəstəxanasında xəstələri və tibb işçilərini 31 dekabr - Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etmişdir.
İcra başçısı demişdir ki, dövlətimiz tərəfindən insanların sağlamlığının qorunmasına hərtərəfli qayğı göstərilir. Masallıda tibb işçilərinin fəaliyyəti, xəstələrin müayinə və müalicəsi üçün lazımi şərait yaradılmışdır. Göstərilən dövlət qayğısının müqabilində kollektiv öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, xəstələrin müalicəsinə və qidalanmasına diqqət artırılmalıdır. Bununla yanaşı, həkim və tibb işçiləri mütəmadi olaraq əhali arasında maarifləndirmə işləri aparmalı, xəstəliklərin vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə profilaktiki tədbirlər görülməlidir.
Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Cəlil Nəzərov məlumat verərək bildirmişdir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən xəstələr vaxtında tibbi müayinədən keçirlər. İnsanların sağlamlığının qorunmasına xidmət edən tibbi müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə rayonda xüsusi komissiya və yüksək ixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları yaradılıb. Viləş kənd və Boradigah qəsəbə xəstəxanalarında da işlər yaxşı təşkil olunub.
Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov 65 nəfər dializ xəstəsinin səhhəti və onların müalicəsi ilə maraqlanmışdır. Şöbə müdiri Eşqin Əliyev rayon rəhbərinə məlumat verib bildirlmişdir ki, onlardan 4-ü qonşu Yardımlı rayonunundandır. Hər növbədə 10 xəstə müalicə olunur. Rayon rəhbəri onların hər birini — Elnurə Quliyeva, Cəmaləddin Əmirov, Şahzadə Rəhmanova, Qoşqar Bağırov, Qızqayıd Cəbiyeva, Mazan Allahverənov, Şəhla Əliyeva, Balaş Hüseynov, Kazım Avdullayev və Şahmar Şahəliyevi 31 dekabr - Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə münasibətilə təbrik etmiş, ailə xoşbəxtliyi arzulamış, tezliklə sağalmağı arzu etmiş və hər birinə bayram hədiyyəsi verilmişdir.
Ş.Məmmədov dializ xəstələrinin müalicəsinə ciddi diqqət yetirilməsi barədə müvafiq tapşırıqlar vermişdir.
Qeyd edək ki, Masallıda dializ xəstələri üçün yaradılan şərait iki ilə yaxındır ki, fəaliyyət göstərir. Xəstələrə qulluq müasir tələblərə cavab verir. Əvvəllər onlar məcburiyyət üzündən Masallıdan ya qonşu rayonlara, ya da ki, Bakıya üz tuturdular. Xəstələr yaradılan şəraitdən və işin təşkilindən razı qaldıqlarını qeyd edərək, insanların sağlamlığının qayğısına qalan Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Əlihüseyn Şükürov.

Sizin Reklam Yeriniz