news Image
2020.01.16
17:44
| A A A
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

Yanvarın 16-da Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Ələmdar Məmmədov Vətən yolunda şəhidliyin əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsi olduğunu bildirib. Otuz il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.

Ulu öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvar gecəsi şəhidlik zirvəsini fəth edən Vətən övladlarının fədakarlığını yüksək qiymətləndirərək deyib: “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir”. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra faciəyəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi, Milli Məclisin 1994-cü il mart ayında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.

Daha sonra AMEA-nın müxbir üzvü İbrahim Əzizov, b.e.d. Səftər Süleymanov, İnstitutun ümumi işlər üzrə direktor müavini Natiq Allahverdiyev çıxış edərək milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi haqqında öz ürək sözlərini bildirdilər. Qeyd olundu ki, dünyada hər bir azərbaycanlı “Qanlı Yanvar” faciəsini xatırlamalı və həmin gün canlarından keçənlərin xatirəsini yad etməlidir. Bu millətimiz üçün çox vacibdir. Qanlı 20 Yanvar Sovet İttifaqının Azərbaycandakı idarəçiliyinin sonu olub və bu hadisə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi yolunda atdığı ən böyük addım idi. Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş qısametrajlı film nümayiş edilib.