Əlaqə Arxiv
news Image
2020.01.17
20:43
| A A A
ARDNF-də 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) uşaqların da iştirakı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Fonddan Mövqe.az-a verilən məlumata görə, tədbir çərçivəsində ARDNF-də “20 Yanvar uşaqların gözü ilə” rəsm sərgisi təşkil edilib.

Sərginin təşkilində məqsəd uşaqları Azərbaycan xalqının azadlıq mübarizəsi, baş vermiş hadisələrin mahiyyəti barədə məlumatlandırmaq və uşaqların vətənpərvərlik ruhunda böyüməsinə dəstək verməkdir.

Tədbirdə ARDNF-nin əməkdaşları sərgiyə baxış keçirib. Uşaqlara 20 Yanvar faciəsi, dövlət müstəqilliyinin əldə olunması və müstəqil Azərbaycanın inkişaf tarixi ilə bağlı məlumatlar verilib.

Sonda sərgi iştirakçılarına tədbirdə fəal iştiraklarına görə təşəkkürnamələr təqdim edilib.

Sizin Reklam Yeriniz