news Image
2020.01.18
18:22
| A A A
Masallı rayonunun Gəyəçöl kəndində Şəhidlər parkı istifadəyə verilib

Masallı​ rayonunun​ Gəyəçöl​ kəndinin mərkəzi hissəsində​ salınmış ​ və Vətən uğrunda canlarından keçmiş əsgərlərimizin əziz xatirəsinə inşa olunmuş Şəhidlər Parkı bu gün, 18 yanvar 2020-ci il tarixdə​ sakinlərin istifadəsinə verilib.

Bu münasibətlə təşkil olunan mərasimdə Masallı RİH başçısı Ş.Məmmədov və aparatı,​ rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin doğmaları, parkın salınmasında yaxından təşəbbüs göstərmiş gəyəçöllü iş adamları, müəllim və şagirdlər, qonaqlar,​ eləcə də kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.

İcra başçısı ilk öncə parkda yaradılan şəraitlə yaxından tanış olub.

Parkın ətrafı dekorativ hasarla əhatə olunmuş, parkda səkilər salınmış, skamyalar quraşdırılmışdır. Ərazisində çinar​ və şam ağacları əkilmişdir.​

Tədbirdə çıxış edən​ rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov bildirdi ki, bu gün çox möhtəşəm mərasimə​ toplaşmışıq. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə ucaldılmış abidənin açılması doğrudan da​ qürurvericidir.​ Xalqımızın böyük oğlu Heydər Əliyev sovetlər birliyinin rəhbərliyindən mənfur düşmənlərimizin hiyləsi və əli ilə Moskvadan​ uzaqlaşdırıldıqdan sonra​ Dağlıq Qarabağ ətrafında başlanan münaqişə nəticəsində minlərlə şəhidlər verdik. Dahi rəhbər​ respublikaya hakimiyyətə qayıtdıqdan sonra torpaqlarımızın itirilməsinin, gənclərimizin şəhid olmasının qarşısı alındı, 1994-cü ilin may ayında​ atəşkəs haqqında saziş imzalandı. Bundan sonra nizami ordu quruculuğuna başlanıldı.

Gəyəçöl kəndinin​ 6​ şəhidi var.​ Şəhidlərimizin xatirəsi həmişə əziz tutulur,​ adları əbədiləşdirilir.​ Onların xatirəsinə ucaldılan​ abidə​ bütün şəhidlərimizin ruhuna olan hörmət və ehtiramdır.​ Şəhidlər əbədiyyətə qovuşsa da, heç zaman ölmür. Onlar həmişə yaşayır. Dövlət başçısının qayğı və diqqəti həmişə şəhid ailələrinə yüksəkdir. Son illərdə cənab Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi qayğının​ şahidiyik. Mənzillərin verilməsi, fərdi evlərin tikintisi, sosial problemlərinin həlli məqsədilə Prezident təqaüdünün təsis edilməsi bütün bunlara əyani nümunədir.
Ali Baş Komandan bütün çıxışlarında dönə-dönə qeyd edir ki, torpaqlarımız düşmən tapdağından azad ediləcək, şəhidlərimizin qanı yerdə qalmayacaqdır. Bu hamımıza gün kimi aydındır. Cənab İlham Əliyevin səyi ilə bütün torpaqlarımız tezliklə​ işğaldan azad ediləcəkdir.
Gəyəçöllülərin​ öz əməyi, alın təri ilə qazandığı vəsaitlə belə bir abidə ucaltması onların​ necə vətənpərvər, torpağına bağlı​ ​ v​ ə​ t​ ə​ n​ d​ a​ ş​ ​ olmasını sübut edir.​ Mən bu abidənin ərsəyə gəlməsində əməyi olan bütün insanlara təşəkkürümü bildirirəm. İnanıram ki, ziyarət yerimiz olacaq bu məkan yetişməkdə olan balalarımızın vətənpərvərlik ruhunda tərbiyəsində də mühüm rol oynayacaqdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev, tanınmış xeyriyyəçi Xudayar Rəhimov,​ şəhid atası Əziz Ağayev, kənd sakini Zaur Niftiyev, kənd məktəbinin müəllimi Lalə İsrafilova və başqaları​ abidənin açılışında iştirak edənlərə minnətdarlıqlarını​ bildirib,​ bütün şəhidlərimizə və onların doğmalarına hər zaman göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizə dərin minnətdarlığını ifadə etdilər.

Tədbirdə şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan geniş bəhs olunub.

Gəyəçöl məktəblilərinin ifasında təqdim olunan​ vətənpərvərlik, qəhrəmanlıq mövzusunda ədəbi-bədii kompozisiya maraqla qarşılandı.

Əlihüseyn Şükürov.