Əlaqə Arxiv
news Image
2020.01.21
16:02
| A A A
Ədliyyə nazirinin müavini Şamaxıda vətəndaşları qəbul edəcək

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq yanvarın 24-də Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Cəfərov tərəfindən Şamaxı rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.

Şamaxı şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Şamaxı şəhəri, Heydər Əliyev prospekti 27a) keçiriləcək qəbulda Şamaxı, Qobustan, İsmayıllı, Ağsu və Göyçay rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Vətəndaşlar qəbula Göyçay regional ədliyyə idarəsi (ünvan: Göyçay şəhəri, Nizami küçəsi 111; əlaqə telefonu: (02027) 4-30-41, (050) 661-81-20), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Şamaxı şəhəri Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün nazir müavininin həmin gün keçiriləcək qəbuluna Nazirliyin elektron xidmətlər portalı (www.exidmet.justice.gov.az) vasitəsilə elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb.

Sizin Reklam Yeriniz