Əlaqə Arxiv
news Image
2020.01.22
11:28
| A A A
Binəqədi polisi sərxoş kişinin itən telefonunu evindən tapdı

Bakıda kafedə spirtli içki içərək sərxoş olan şəxs telefonunun oğurlandığı barədə polisə məlumat verib.

Mövqe.az-ın xəbərinə görə, hadisə yanvarın 14-də gencə saatlarında, Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən kafelərin birində qeydə alınıb.

Belə ki, kafedə yeyib-içən V.Abbasovun mobil telefonunun masanın üzərindən oğurlandığı barədə “102 Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub.

Daxil olan müraciət üzrə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, V.Abbasovun mobil telefonu həmin kafedə oğurlanmayıb. Müfafiq tədbirlərlə müəyyən olunub ki, V.Abbasov telefonunu yaşadığı evdə unudub.

Sizin Reklam Yeriniz