Əlaqə Arxiv
news Image
2020.01.22
14:30
| A A A
Azərbaycanda yeni yonca növü aşkarlandı - Qafqazda ilk

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutu Qafqaz üçün yeni üçyarpaq yonca növü (Trifolium patens Schreb. – əyilən üçyarpaq yonca) aşkar edib.

Bu barədə Mövqe.az-a AMEA Biologiya və Tibb Elmləri Bölməsindən məlumat verilib.

Bölmədən bildirilib ki, Qafqazda ilk dəfə olaraq, Azərbaycanda aşkarlanan yeni yonca qiymətli yem və dərman bitkisidir.

Yeni üçyarpaq yonca növü Azərbaycanın Lerik, Lənkəran rayonlarında, Qazax-Ağstafa zonasında Eldar şamı Dövlət Təbiət Qoruğunun ərazisində yayılıb.

Sizin Reklam Yeriniz