Əlaqə Arxiv
news Image
2020.01.23
13:20
| A A A
Qaçqın statusu alanlara “Yol sənədi” verilir

Dövlət Miqrasiya Xidməti Azərbaycanda qaçqın statusu alan şəxslərə “Yol sənədi” təqdim edir.

Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün keçirilən tədbirdə deyib.

V.Hüseynovun sözlərinə görə, sözügedən “Yol sənədi”nin köməyilə ölkədə yaşayan qaçqınlar beynəlxalq səfərlər edə biləcəklər:

“Ötən illə müqayisədə, bu il 11,4 min artım olub. Ölkəyə 3 milyon 170 min əcnəbi gəlib. Bu günə qədər Azərbaycanda qaçqın statusu alan vətəndaşlar ölkədən kənara çıxmaqda çətinlik çəkirdilər. Lakin bu sənədi alandan sonra belə bir çətinliklə rastlaşmayacaqlar. Həmin qaçqınlar istənilən ölkəyə gedə biləcəklər.

“Yol sənədi”nin etibarlılıq müddəti beş il olaraq müəyyənləşdirilib. Əgər beş il müddətində həmin qaçqınla bağlı nəsə problem olmazsa, o müraciət edib növbəti dəfə yol sənədi ala bilər. Bu gün 10 nəfərə “Yol sənədi” təqdim edəcəyik. Amma ardıcıl olaraq digər qaçqınlara da həmin sənədlər veriləcək”.

Sizin Reklam Yeriniz