Əlaqə Arxiv
news Image
2020.01.26
14:53
| A A A
"Qazdan kütləvi zəhərlənmə barədə yayılan məlumatlar həqiqətə uyğun deyil" - RƏSMİ

Yanvarın 25-i gecə saatlarında sosial şəbəkələrdə Bakı şəhərində 40-dan çox adamın kütləvi qazdan zəhərlənməsi barədə məlumat yayımlanmışdır. Daha sonra isə 1 saylı Kliniki Tibbi Mərkəzə getmək çağırışları edilmişdir. Bildirmək istərdik ki, bu yayılan xəbərlər həqiqətə uyğun deyil, 25 yanvar 2020-ci il tarixində dəm qazından kütləvi şəkildə zəhərlənmə halı baş verməyib. Video materialdakı kadrlar isə ayrı-ayrı vaxtlarda çəkilən kadrların montaj olunaraq hazırlandığını deməyə əsas verir. Qazın tərkibində zəhərlənməyə səbəb olacaq maddələrin olması barədə deyilənlərin isə heç bir əsası yoxdur. Əhalidən xahiş edirik ki, belə yanlış məlumatlara inanmasınlar. Dəm qazı ilə bağlı yarana biləcək hər hansı narahatlığa görə TƏBİB-in 103 qaynar xətti, “Azəriqaz” İB-nin isə 104/185 Çağrı mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur.

Sizin Reklam Yeriniz