Əlaqə Arxiv
news Image
2020.01.29
15:17
| A A A
Ermənistanda iki Çin vətəndaşı təcrid olundu

Hazırda Ermənistanda olan iki Çin vətəndaşı təcrid olunmuş vəziyyətdədir.

Mövqe.az yerli KİV-ə istinadən bildirir ki, onlardan biri yüksək qızdırma səbəbindən müayinə olunur. Təcrid olunmuş çinlilərin Gürcüstan sərhədini keçməsinə icazə verilməyib.

"Onlardan birinin temperaturu 37 dərəcəyə çatıb. O, rentgen müayinəsindən keçib. Təhlükəsizlik baxımından onlar təcrid olunublar”, - deyə Ermənistan Səhiyyə Nazirliyinin nümayəndəsi Liana Torosyan bildirib.

Onun sözlərinə görə, çinlilər iki həftə Gürcüstanda qalıb, sonra Yerevana gəliblər.

Sizin Reklam Yeriniz